» » Səudiyyə Ərəbistanında qadın ilk dəfə seçkilərdə qalib gəlib

Səudiyyə Ərəbistanında qadın ilk dəfə seçkilərdə qalib gəlib

Səudiyyə Ərəbistanında qadın ilk dəfə seçkilərdə qalib gəlib

Seçkilərdə namizəd qismində 900 qadın iştirak edib.

Səudiyyə Ərəbistanında şənbə günü keçirilən seçkilərdə ilk dəfə zəif cinsin nümayəndəsi qalib gəlib.

ucarliyiq.biz Agence France-Presse-ə istinadən xəbər verir ki, bu barədə seçki komissiyasının prezidenti Osama əl-Bar məlumat verib.

Məlumata əsasən, Salma bint Hizab əl-Oteybi Məkkədən bir az aralıda yerləşən Mədrəkə yaşayış qəsəbəsinin bələdiyyəsində vəzifə alıb.

Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanında ilk dəfə qadınların da həm namizəd, həm də seçici kimi iştirak etdiyi bələdiyyə seçkiləri keçirilib. 

Seçkilərdə namizəd qismində 900 qadın və 6 minə yaxın kişi iştirak edib. 

Seçki məntəqələrində qadınlar və kişilər ayrı səs veriblər.