» » Pakistanda terror 15 nəfərin həyatına son qoydu

Pakistanda terror 15 nəfərin həyatına son qoydu

Pakistanda terror 15 nəfərin həyatına son qoydu

Daha 47 nəfər yaralanıb.

Pakistanın Paraçinar şəhərində bazarda baş verən partlayış nəticəsində ən azı 15 nəfər ölüb, ucarliyiq.biz Press TV-yə istinadən xəbər verir.

Terror aktı şəhərin girişində qış paltarları satılan cərgələrin qarşısında törədilib. 

Şəhər xəstəxanasında bildiriblər ki, hadisə zamanı 47 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti ağırdır.

Şahidlərin sözlərinə görə, terror aktını törədən iki nəfər hadisə yerindən qaçmağa çalışsalar da, onları saxlayıb hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.