» » Moldova prezidenti Rusiyadan qoşunlarını çıxarmağı tələb etdi

Moldova prezidenti Rusiyadan qoşunlarını çıxarmağı tələb etdi

Moldova prezidenti Rusiyadan qoşunlarını çıxarmağı tələb etdi

O rəsmi Moskvanı ölkənin neytralitetinə hörmətsizlikdə ittiham edib.

Moldova prezidenti Nikolay Timofti ölkənin neytral statusuna istinad edərək Rusiyadan tanınmayan Dnestryani Moldova Respublikasından qoşunlarını çıxartmağı tələb edib.

Bu barədə ucarliyiq.biz Independent.md nəşrinə istinadən xəbər verir.

“Mən Moldovanın mövqeyin bir daha xatırladıram: Rusiyanın qoşunları və sürsat anbarlarının ölkənin ərazisindən çıxarılması prosesi yekunlaşmalıdır. Bundan əlavə, biz beynəlxalq mandatqaa uyğun olaraq təhlükəsizlik zonasında sülhməramlı əməliyyatın vətəndaş əməliyyatına çevriləməsinin tərəfdaşıyıq”, - Timofti deyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Moldovanın Konstitusiyasında təsbit edilən suverenlik statusu Rusiyanın Dnestryani regionunda qoşunlarının saxladığından hüquqi nöqteyi nəzərdən etibarsızdır. O rəsmi Moskvanı Moldovanın neytralitetinə hörmətsizlikdə ittiham edərək, xatırladıb ki, Rusiya öz qaşunlarını 1999-cu iləd İstanbulda keçirilən ATƏT-in sammitində söz verimişdi.