» » ABŞ-da məscidə əl qumbarası mulyajı atdılar

ABŞ-da məscidə əl qumbarası mulyajı atdılar

ABŞ-da məscidə əl qumbarası mulyajı atdılar

Vandallar məscidin girişində “İsa” yazıblar.

Naməlum cinayətkarlar Amerikanın Kaliforniya ştatında məscidə əl qumbarasının mulyajını atıblar və girişdə boya balonundan istifadə edərək “İsa” sözünü yazıblar.  

ucarliyiq.biz bu barədə ABC-yə istinadən xəbər verir.

Mulyaj aşkar edildikdən sonra məscidin binası təxliyyə edilib, hadisə yerinə istehkamçıların xüsusi qrupu gəlib.

Boya balonunun vasitəsilə vandallar məscidin girişində “İsa” sözünü yazıblar.

Bu yazı bir müddət sonra şəhərdə digər məscidin qarşısında da aşkar edilib.

Hal-hazırda baş verənlərin təfərrüatları aydınlaşdırılır, polis əməkdaşları cinayətkarların hərəkətlərini nifrət zəminində törədilmiş cinayət hesab edirlər.