» » Çində növbəti devalvasiya

Çində növbəti devalvasiya

Çində növbəti devalvasiya

Yuan ucuzlaşdı.

Çinin xalq bankı bazar ertəsi dekabrın 14-də milli valyutanın – yuanın məzənnəsini dollara nisbətdə yenidən ucuzlaşdırıb. Bu məlumatları CFETS - Çinin valyuta ticarət sisteminin saytı yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, ucuzlaşma 137 baza müddəasından ibarət olub.

Yeni məzənnə 1 dollara 6,4495 yuan həddində müəyyən edilib.  

Öncəki devalvasiya cümə axşamı günü dekabrın 10-da baş verib. O zaman bir dollar 6,42 yuan idi.

Bu il ərzində Çinin xalq bankı yuanı ilk dəfə avqustun 11-də devalvasiya edib. Bundan sonra üç gün ərzində Çin valyutası dollara nisbətdə 4,6 faiz ucuzlaşıb. Amma daha sonra yuanın məzənnəsi yenidən yüksəlib və dekabrın əvvəlində Çin Xalq Respublikasında 1 dollar 6,32 yuan olub.

Noyabrın 30-da Beynəlxalq Valyuta Fondu Çin yuanını ehtiyat valyutaları siyahısına (SDR) salıb.