» » Qazax təngəsi kəskin ucuzlaşdı

Qazax təngəsi kəskin ucuzlaşdı

Qazax təngəsi kəskin ucuzlaşdı

Qazaxıstan valyuta dəhlizinin ləğv edilməsini bu ilin avqustun 20-də elan edib.

Qazaxıstanın milli valyutası olan təngənin məzənnəsi dekabrın 14-də tarixi minimumu yeniləyib.

ucarliyiq.biz xəbər verir ki, Qazaxıstan Fond Birjasında bu gün səhər keçirilən sessiyada təngənin 1 ABŞ dollarına qarşı orta məzənnəsi 322,47 təngə təşkil edib. 

Bu, dekabrın 11-də keçirilən səhər sessiyası ilə müqayisədə 10,55 təngə azdır.

Sonuncu dəfə Qazaxıstanın milli valyutası 9 noyabrda qeydə alınan tarixi minimumu yeniləyib. Həmin vaxt təngənin 1 ABŞ dollarına qarşı məzənnəsi 312,65 təngəyə bərabər olub.

Bu gün ABŞ-ın milli valyutası ilə olan əməliyyatların həcmi 166,1 mln. dollar olub. Dekabrın 11-də isə bu göstərici 138,2 mln. dollara bərabər olub.

Xatırladaq ki, avqustda Qazaxıstan Mərkəzi Bankı və hökumət valyuta dəhlizindən imtina edib və milli valyutanın üzən məzənnə siyasəti əsasında tənzimlənməsi barədə qərar verib. Bu qərardan sonra indiyə qədər təngənin dollara qarşı məzənnəsi 65%-dən çox ucuzlaşıb.

Daha sonra milli valyutanın məzənnəsi mümkün dəyişmə dəhlizinin bir dollar üçün 170-188 təngəyə qədər genişləndirilib.