Ərdoğan Rusiya ilə münaqişə istəmir

Ərdoğan Rusiya ilə münaqişə istəmir

Türkiyə prezidenti vurulmuş təyyarəyə görə bütün günahı həlak olan pilotun üzərinə qoydu.

Türkiyə Rusiya ilə münaqişənin tərəfdarı deyil, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb.

“Türkiyəyə gəldikdə isə, biz münaqişə tərəfdarı deyilik. Biz Rusiya ilə münasibətlərimizi əvvəlki axarda davam etdirmək istəyirik. Biz bu münasibətləri son 10-11 ildə uğurla inkişaf etdirmişik və biz onların davamının tərəfdarıyıq”, - o deyib.

Ərdoğan Su-24M təyyarəsinin vurulması hadisəsinin hər iki ölkə üçün qurulmuş tələ olduğuna dair bəyanat verənlərin müşahidələrinin nəyə əsaslandığını anlamağın çətin olduğunu da qeyd edib.

“Bu, naməlum təyyarə tərəfindən hava məkanının pozulması və xəbərdarlıqlara cavab verilməməsi səbəbindən baş verən hadisə düşünməyə və məyus olmağa məcbur edir. Pilot xəbərdarlıqlara qulaq asmırdı.

Bu vəziyyətdə bizim pilotlar öz borclarını yerinə yetiriblər. Hadisə xəbərdarlıqları eşitməyən və onlara reaksiya verməyən pilot ucbatından baş verib”, - Ərdoğan qeyd edib.

Prezident hadisəyə görə iki ölkə arasında mövcud strateji münasibətləri qurban verməməyə çağırıb.

“Mən yaxın zamanda hər şeyin düzəlməsini istərdim”, - o deyib.

Rəy sayı 0

Rəylərinizi bildirin.

.

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent