» » Qahirə A321-də terror aktını təsdiqləmədi

Qahirə A321-də terror aktını təsdiqləmədi

Qahirə A321-də terror aktını təsdiqləmədi

Misirin Mülki Aviasiya Nazirliyi bəyanat verib.

Misirin apardığı araşdırmalar oktyabrın 31-də Sinay yarımadasında qəzaya uğrayan A321 təyyarəsinin göyərtəsində terror aktına dəlalət edən heç bir sübutun olmadığını bəyan edib, Reuters məlumat yayıb.  

ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir ki, daha öncə Qahirədə təyyarənin qəzasına dair ilin hesabatının hazırlanmasının başa çatdığı barədə məlumat yayılmışdı.

“Texniki Araşdırma Komitəsi hər hansı terror fəaliyyətinə və ya qanunsuz müdaxiləyə dəlalət edən heç bir dəlil aşkar etməyib”, - Misirin Mülki Aviasiya Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 təyyarəsi oktyabrın 31-də Misirin Sinay yarımadası üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və yeddi heyət üzvü olub. Onların hamısı həlak olub.

Noyabrın 17-də Federal Təhlükəsizlik Xidmətindən təyyarənin göyərtəsində terror aktının olduğu təsdiqlənib.