» » Polad Bülbüloğlu Rusiyada oxuyacaq

Polad Bülbüloğlu Rusiyada oxuyacaq

Polad Bülbüloğlu Rusiyada oxuyacaq

“Orkestra dirijorluğu oğlu edəcək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirskdə keçiriləcək Transsibir art-festivalında mahnı ifa edəcək, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Orkestrin dirijoru isə səfirin oğlu Murtuza olacaq, bu barədə dekabrın 14-də festivalın bədii rəhbəri Vadim Repin bildirib.

Bizim uşaqlar üçün olan ənənəvi proqramımızda Polad Bülbüloğlunun 13 yaşlı oğlu Murtuza iştirak edəcək. O, pis dirijorluq etmir. Bir kompozisiyanın dirijorluğunu onun öhdəsinə vermişik. Oğluna dəstək olmaq istəyən Polad Bülbüloğlu da festivala gələcək. O, mahnı ifa edəcəyinə söz verib”, - deyə V.Repin qeyd edib.

III Transsibir art-festivalı aprelin 9-dan 24-ə qədər Novosibirskdə keçiriləcək. 

Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreya, Yaponiyada konsertlər keçiriləcək. Tədbirlərdə 26 solist və 11 dirijor çıxış edəcək.