» » İtaliyalı porno-aktrisa futbol klubunun direktoru oldu

İtaliyalı porno-aktrisa futbol klubunun direktoru oldu

İtaliyalı porno-aktrisa futbol klubunun direktoru oldu

“Yeni rəhbər klub üçün faydalı olacaq”.

İtalyan porno-aktrisası Sara Tommazi həvəskar “Marruvium” futbol klubu ilə müqavilə imzalayıb. Qadın yığmanın direktorlarından biri olub, News.com.au məlumat yayıb.

ucarliyiq.biz lenta-ya istinadən xəbər verir ki, Tommazinin sözlərinə görə, o çoxdandır ki, idman fəaliyyəti göstərmək istəyirdi. Böyüklər üçün filmlərin 34 yaşlı ulduzunun hansı funksiyaları yerinə yetirəcəyi barədə məlumat verilməyib.

Ölkə çempionatının aşağı liqalarında – D seriyasında çıxış edən komandanın prezidenti Romeo Lav yeni rəhbərin “Marruvium” üçün faydalı olacağından əmindir.  

“Mən Sara ilə əməkdaşlığımız ilə fəxr edirəm və buna çox ciddi yanaşıram”, - Lav bildirib.

Klub rəhbərliyi qadının populyarlığının “Marruvium”a diqqət çəkəcəyinə ümid edir.

Onun Twitter səhifəsində 96 min abunəçisi, Instagram səhifəsində isə 36 min abunəçisi var.