» » ABŞ erməni məmurlarına qarşı sanksiyalar tətbiq edəcək

ABŞ erməni məmurlarına qarşı sanksiyalar tətbiq edəcək

ABŞ erməni məmurlarına qarşı sanksiyalar tətbiq edəcək

Diplomatik nümayəndəlik bəyanat yayıb.

ABŞ-ın İrəvandakı səfirliyi öz proqram və tədbirlərində, Ermənistanın parlament formalı idarə sisteminə keçid üzrə referendumda saxtalaşdırmaya cəlb edilmiş şəxslərin iştirakına məhdudiyyət qoymaq imkanını nəzərdən keçirəcək.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Amerikanın diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

“ABŞ-ın bütün dünyada korrupsiya ilə mübarizə apardığını nəzərə alaraq, referendumun keçirilməsinə qərəzli müdaxilə edən şəxslər barədə nəşrlər ABŞ səfirliyi tərəfindən həmin şəxslərin səfirliyin proqram və tədbirlərində iştirakı zamanı nəzərə alına bilər”, - bəyanatda deyilir.

“Tam və şəffaf araşdırma, nəticələrin dərc edilməsi, hətta əgər cinayət işi qaldırılmazsa bu nəticələr MSK (Mərkəzi seçki komissiyası), parlamentə və vətəndaş cəmiyyətinə seçki proseslərinin yaxşılaşdırmaya imkanı olan sahələrinin üzə çıxarılmasına yardım edə bilər”, - ABŞ səfirliyində belə hesab edirlər.

“Biz öz hökumət və parlamentə yeni Seçki məcəlləsinin qəbul edilməsinə dair çağırışımızı təsdiq edirik. Və Ermənistanda seçki proseslərinin qərəzsizlik səviyyəsini yüksəltmək üçün beynəlxalq standartlara müvafiq yeni qanunverici islahatlar aparmağa çağırırıq.

Biz həmçinin Ermənistanın baş prokurorunun və insan haqlarının müdafiəçisinin səsləndirilən məlumatlara dair tam və şəffaf araşdırmanı təmin etməyə hazır olmasını alqışlayırıq”, - bəyanatda deyilir.

Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum dekabrın 6-da keçirilib. Ölkənin MSK-nın məlumatına görə, konstitusiya dəyişikliklərinə görə, seçicilərin 63,35%-i lehinə, 32,35%-i isə əleyhinə səs verib.  

Əsas qanuna edilən dəyişikliklərə görə, ölkə prezidenti beş il deyil, yeddi il müddətinə seçiləcək. Bundan başqa, prezident seçkiləri birbaşa seçkilərdə deyil, deputatlar və özünüidarə orqanlarının nümayəndələri tərəfindən seçiləcək.

Daha öncə Ermənistanda referendumda qanun pozuntuları barədə hüquq-mühafizə orqanı əməkdaşları bəyan etmişdilər.