» » Rusiya və Türkiyə gəmiləri arasında növbəti insident

Rusiya və Türkiyə gəmiləri arasında növbəti insident

Rusiya və Türkiyə gəmiləri arasında növbəti insident

Dənizdə növbəti hadisə.

Türkiyə bayrağı ilə üzən naməlum ticarət gəmisi beynəlxalq qaydalara zidd olaraq buruq qurğusu “Çernomorneftqaz”a yerini dəyişməkdə mane olub, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti kateri və Qara dəniz Donanmasının raket kateri gəmini kursunu dəyişməyə məcbur ediblər, bu barədə müəssisənin mətbuat xidməti bazar ertəsi məlumat yayıb.

“Çernomorneftqaz”a məxsus iki buruq qurğusu mürəkkəb beynəlxalq vəziyyət ilə əlaqədar olaraq Odessa qaz yatağından Rusiya ərazi sularına köçürülüb.

Kampaniya qeyd edir ki, buruq qurğularının yerdəyişməsi zamanı buksirə alınmış obyekt ilə karvan şəklində hərəkət edən gəmilərin yolunda türk bayrağı altında naməlum gəmi peyda olub.

“Gəmilərin toqquşmasının qarşısını almaq barədə beynəlxalq qaydalara və dəniz gəmiçiliyində ümumqəbul edilmiş normalara zidd olaraq hərəkət edən türk gəmisi karvana yol verməyərək və onun yolunda dayanmağa cəhd edərək qəza vəziyyəti yaradıb. Türk gəmisinin kapitanı gəmilər ilə radio-mübadiləyə girməyib və çağırışlara cavab verməyib”, - məlumatda deyilir.

“RF FTX-nın sərhəd xidməti kateri və Qara dəniz Donanmasının raket kateri “anlaşılmazlığı” aradan qaldıraraq Türkiyə bayrağı altında üzən gəmini nəqliyyat karvanı üçün təhlükəsiz istiqamətdə kursunu dəyişməyə məcbur ediblər”, - şirkətin məlumatında deyilir.