» » Zəhərli ilanı burnundan salıb, ağzından çıxarır - VİDEO

Zəhərli ilanı burnundan salıb, ağzından çıxarır - VİDEO

Zəhərli ilanı burnundan salıb, ağzından çıxarır - VİDEO

Pakistanlı İqbal Coqi qeyri-adi şousu ilə izləyənləri dəhşətə gətirib. Uzun müddətdir ilan ovsunladığını deyən 30 yaşlı Pakistanlı, burun boşluğundan keçirdiyi zəhərli sürünəndən qorxmadığını bu cür isbat edib.

8 uşaq atası olan İqbal, dünyanın ən təhlükəli peşələrindən birinə sahibdir. 12 ildir insanların evinə, həyət-bacasına soxulan ilanları yaxalayan pakistanlı, onlarla necə davranmalı olduğunu yaxşı bilir. İlanı udmaq isə onun əsas gəlir mənbəyidir.

İqbal Coqi uzunluğu bir metrə yaxın olan ilanı burnundan salıb, ağzından çıxarmaq üçün pul tələb edir. Onun bu şousunu izləmək istəyənlər, bizim pulla 5 manat ödəməlidir.

Əslində ilanla dodaq-dodağa gəlmək, İqbal üçün bir dəfə sonun başlanğıcı ola bilərdi. Bir neçə il öncə, İqbalın məktəblilərin önündə burnuna saldığı ilan, onun dilini sancaraq ölümün qollarına atmışdı. 4 gün huşsuz vəziyyətdə qalan ilan ovsunçusunu həkimlər çətinliklə sağaltmışdı.

Hər kəs kimi o da vaxtsız ölümdən qorxur. Amma deyir ki, bunu etməyə məcburdur. Əks halda aclıq onu öldürəcək.