» » Rusiyada milyarderin oğlu anasını boğaraq öldürdü - FOTO

Rusiyada milyarderin oğlu anasını boğaraq öldürdü - FOTO

Rusiyada milyarderin oğlu anasını boğaraq öldürdü - FOTO

O, narkotik vasitənin təsiri altında olub.

Rusiyada məşhur milyarder İqor Sosinin oğlu Kazanda “Korston” otelində anasını boğaraq öldürüb.

ucarliyiq.biz-ın Gazeta-ya istinadən məlumatına görə, dekabrın 10-da mehmanxananın işçiləri polisə qonaqların biridən şikayət ediblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları otelin dəhlizində narkotik vasitənin təsiri altında olan gənci tapıblar. Onun qaldığı nömrədə aparılan axtarışlar zamanı qadın meyiti aşkar edilib. Müəyyən olunub ki, qadın onun anasıdır.

Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilib. 

Qeyd edək ki, milyarder İqor Sosin Rusiyada “Starik Xottabıç” mağazalar şəbəkəsinin sahibidir.

Rusiyada milyarderin oğlu anasını boğaraq öldürdü - FOTO