» » Moskvada Lavrov-Kerri danışıqları başladı

Moskvada Lavrov-Kerri danışıqları başladı

Moskvada Lavrov-Kerri danışıqları başladı

Görüşün mərkəzi mövzusu Suriyadakı vəziyyət olacaq.

Dekabrın 15-də Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar başlayıb.

ucarliyiq.biz xəbər verir ki, görüşdə mərkəzi mövzunun Suriyadakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə üzrə səylərin birləşdirilməsi perspektivləri olacağı gözlənilir.

Bundan başqa, gözlənilir ki, xarici siyasət idarələrinin rəhbərləri daha sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəklər.

Kerrinin səfəri ərəfəsində Rusiya tərəfi   göstərilmiş mövzular üzrə Vaşinqtonun mövqeyi ilə bağlı bir sıra suallarının olduğunu bəyan etmişdi.