» » Yeni Zelandiya yeni bayrağını seçdi

Yeni Zelandiya yeni bayrağını seçdi

Yeni Zelandiya yeni bayrağını seçdi

İndiki bayraqda Böyük Britaniyanın bayrağı da yer alır.

Yeni Zelandiyanın yeni bayrağının dizaynı məlum olub, Associated Press məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, dizayn “Gümüş ayıdöşəyi” adlanır, o, dizayner Kayl Lokvud tərəfindən hazırlanıb.

Bayrağı dörd variant içindən seçiblər. Dörd variantdan üçündə ayıdöşəyi obrazı istifadə edilib, dördüncüdə isə spiralşəkilli ayıdöşəyi göstərilib, bu, ölkənin qeyri-rəsmi simvoludur.

Martda vətəndaşların yeni və köhnə bayraq arasında seçim edəcəkləri səsvermə keçiriləcək.

Hakimiyyət ölkənin bayrağının dəyişdirilməsinin vacibliyini, ilk olaraq indiki bayraqda Böyük Britaniyanın bayrağının olması, ikinci isə onun Avstraliyanın simvolikası ilə bənzərliyilə əsaslandırıb.