» » Çində piyadalar maşın altında qalan qızı belə xilas etdilər – VİDEO

Çində piyadalar maşın altında qalan qızı belə xilas etdilər – VİDEO

Çində piyadalar maşın altında qalan qızı belə xilas etdilər – VİDEO

Bir neçə saniyə ərzində avtomobilin yanına 20-yə yaxın adam qaçıb.

Çinin Lyuçjou şəhərinin sakinləri minik maşınının hamının gözü qarşısında vurduğu velosipedçinin yardımına gəliblər. Zərərçəkəni xilas etmək üçün onlar maşını qaldırıblar.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Kadrlardan göründüyü kimi, hərəkət sürəti yüksək olmasa da velosipedçi təkərlərin altına düşməmək üçün əlindən gələni edib, lakin velosipedçi qız bir an içində tamamilə avtomobilin altında gözdən itib.

Bu an yoldan keçən piyadalar zərərçəkənin yardımına gəliblər. Bir neçə saniyə ərzində avtomobilin yanına 20-yə yaxın adam qaçıb. Onlar birgə səy göstərərək maşını qaldırıb, gənc qızı oradan çıxarıblar.

Zərərçəkənin kiçik sıyrıqlar və əziklərlə yaxa qurtardığı barədə məlumat verilib.