» » KİV: ABŞ-ı müsəlmanlar əleyhinə iğtişaş bürüyüb

KİV: ABŞ-ı müsəlmanlar əleyhinə iğtişaş bürüyüb

KİV: ABŞ-ı müsəlmanlar əleyhinə iğtişaş bürüyüb

ABŞ müntəzəm olaraq müsəlmanlara vətəndaşlıq verməkdən imtina edib.

Amerikalı respublikaçılar, demokratlar və hətta seçicilər belə müsəlmanların özlərini ABŞ-da “ikinci növ” vətəndaş kimi hiss etmələrində günahkardırlar, The Guardian qəzeti məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, məqalənin müəllifinin fikrincə, siyasətçi Trampın bu yaxınlarda müsəlmanlara ölkəyə girişi qadağan etməyə dair irəli sürdüyü təklif Respublika partiyasının öz axmaqlığının içində boğulmasını göstərir. 

Tramp isə islamın uzun müddət amerikan həyatının bir hissəsi olması faktını danır.

Bundan başqa, Florida ştatının senatoru Mark Rubio qeyd edib ki, ABŞ müsəlmanlara hücumlara diqqət yetirmir və islamofobiyanın “saxta” olduğunu deyir.

Barak Obamanın prezident olduğu dövrdə ABŞ-ın miqrasiya xidməti müntəzəm olaraq qanuna riayət edən vətəndaşlara vətəndaşlıq verməkdən imtina edirdi. 

Qeyd edilir ki, bu vətəndaşların əksəriyyəti müsəlmanlar olub. Obama özü isə bu yaxınlarda Amerika müsəlmanlarının ekstremizm ilə mübarizədə səylərini qeyd edib.

Bununla yanaşı, demokratlar və respublikaçılar islama etiqad edənlərə digər amerikalılardan daha az haqq sahibi olduqları kimi davranırlar, məqalənin müəllifi belə hesab edir.

Nəşrin fikrincə, ABŞ artıq etiraf etməlidir ki, müsəlmanlar əleyhinə siyasət əhali arasında mənfi fikirlərin yaranmasına səbəb olur və qanun qarşısında hamının bərabər olması prinsipini pozur.

Daha öncə amerikalıların müsəlmanları Trampdan daha çox sevdikləri barədə məlumat yayılmışdı.