» » Emin Ağalarov telekanal açır

Emin Ağalarov telekanal açır

Emin Ağalarov telekanal açır

Telekanal Crocus qrupuna daxil olacaq.

“Rusiya media qrupu”nun sahiblərindən biri və baş direktoru Sergey Kojevnikov Araz Ağalarovun oğlu, Crocus-un vitse-prezidenti Emin Ağalarov ilə bərabər təmir, inşaat, üzləmə materialları və planlaşdırma haqqında “Sənin evin” adlı telekanal açacaq, “Kommersant” yazır.

ucarliyiq.biz xəbər verir ki, Kojevnikov telekanalın konsepsiyasının hazırlanması ilə məşğuldur və kanalın yaradılmasını təsdiqləyib.

O qeyd edib ki, telekanal Crocus qrupuna daxil olacaq.

Ağalarovun nümayəndəsi şərh verməkdən imtina edib.

Rusiya Nəzarət Komitəsinin reyesterinin məlumatına görə, sentyabrda Ağalarovun digər strukturu “ArtQrant” “Sənin evin” və “Hit TV – musiqili telekanal”ı üçün KİV şəhadətnaməsi alıb. “ArtQrant” artıq yayım lisenziyası üçün müraciət edib, tərəfdaşlar sənədləri yanvarda almağa ümid edirlər.

“Sənin evin” peyk və kabel şəbəkəsi vasitəsilə yayımlanacaq, “Hit TV” isə onun üçün kontent yaradacaq. Kojevnikov onların musiqili telekanal açmayacaqlarını bildirib, belə ki, bu seqment artıq dolub.