» » Şimali Qafqazda 156 yaraqlı məhv edildi

Şimali Qafqazda 156 yaraqlı məhv edildi

Şimali Qafqazda 156 yaraqlı məhv edildi

20 nəfər İŞİD ilə əməkdaşlıq etdiklərini bildiriblər.

2015-ci ildə Şimali Qafqazda 156 yaraqlı məhv edilib, bura 36 lider də daxildir.

ucarliyiq.biz lenta-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Milli Terror Əleyhinə Komitənin iclasında Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Məhv edilən rəhbərlər arasından 20 nəfər “İslam Dövləti” (İŞİD) ilə əməkdaşlıq etdiklərini bildiriblər. Xüsusi xidmət orqanları İŞİD ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 2,9 min Rusiya vətəndaşının kimliyini müəyyən edib.

Bortnikov qeyd edib ki, 2015-ci ildə Suriyaya getmək istəyən 100 Rusiya vətəndaşının bu cəhdinin qarşısı alınıb.

“Əsas adamların məhv edilməsi, faktiki olaraq məxfi bandit qrupunun işini iflic vəziyyətə salıb. Onun tərkibində olanların sayının bərpa edilməsi və bir adamın rəhbərliyi altında birləşdirilməsinə yol verilməyib”, - Milli Terror Əleyhinə Komitənin rəhbəri qeyd edib.

Ümumilikdə hüquq-mühafizə orqanları 30 terror aktının qarşısını alıblar və 770-dən çox yaraqlı və onların vasitəçilərini saxlayıblar. Bu, Aleksandr Bortnikovun qeyd etdiyi kimi ölkədə terror istiqamətində həyata keçirilən cinayətlərin sayını 2,5 dəfə azaldacaq.

Eyni zamanda FTX rəhbəri Rusiyadan “qaynar nöqtələrə” gedənlərin əsasən radikal əhval-ruhiyyəli gənclərdən ibarət olduğunu qeyd edib. Və bəyan edib ki, bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır.

“Terror əleyhinə və ekstremizm əleyhinə təbliğatı gücləndirmək lazımdır, bu işə ictimaiyyəti və KİV-i, gənclər və tələbə təşkilatlarını, ali məktəblərin müəllim heyətini cəlb etmək, daha problemli regionlarda isə məktəb səviyyəsində profilaktiki iş aparmaq lazımdır”, - Bortnikov vurğulayıb.