» » Monserrat Kabalye fırıldaqçılığa görə həbs cəzası aldı

Monserrat Kabalye fırıldaqçılığa görə həbs cəzası aldı

Monserrat Kabalye fırıldaqçılığa görə həbs cəzası aldı

O, 255 min avro məbləğində cərimə ediləcək.

İspaniyanın opera müğənnisi Monserrat Kabalye fırıldaqçılıqda ittiham olunduğuna görə yarım il həbsdə qalacaq.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Barselona məhkəməsi 82 yaşlı Kabalyeni 255 min avroya yaxın məbləğdə cərimə edəcək.

Qeyd edilir ki, dindirmə zamanı o, öz günahını etiraf edib. Bununla yanaşı müğənni səhhəti ilə əlaqədar problemlərə görə məhkəmə zalında olmayıb, buna görə də öz bəyanatını videokonfrans vasitəsilə evdən edib.

Qeyd edək ki, 2014-cü ilin aprel ayında Barselona prokurorluğu Kabalyeni 500 min avroya yaxın məbləğdə vergidən yayınmaqda şübhəli bilib.

İstintaqın məlumatına görə, müğənni Andorra və Rusiyada çıxışlarına görə əldə etdiyi qonorarı gizlədib və İspaniyada gəlir vergisindən yayınıb.

Xaricdə çıxışlar üçün müqavilələr Andorra şirkəti tərəfindən hazırlanıb. 

Müğənni ilin əsas hissəsini Kataloniyada yaşayır.

Xatırladaq ki, Monserrat Kabalye dəfələrlə işğal edilmiş Dağlıq Qarabağda olub. Sonuncu dəfə müğənni Qarabağda 2014-cü ilin oktyabr ayının 14-də olub.

Müğənni Azərbaycanın “qara siyahısı”ndadır.