» » Pavel Astaxov Azərbaycanın birinci xanımını təriflədi

Pavel Astaxov Azərbaycanın birinci xanımını təriflədi

Pavel Astaxov Azərbaycanın birinci xanımını təriflədi

“Fikrimcə, Azərbaycan hazırda Rusiyanın ən etibarlı tərəfdaşlarından biridir”.

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi altında uşaq hüquqlarının müdafiəsi üzrə çox böyük proqramlar həyata keçirir.

ucarliyiq.biz-ın məlumatına görə, bunu Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov “Moskva-Baku” saytına müsahibəsində deyib.

O, ötən il Azərbaycanda rəsmi səfərdə olduğunu bildirib:

“Nümayəndə heyətimiz Azərbaycanda uşaq evlərinin, eləcə də əlilliyi olan uşaqlara yardım mərkəzlərinin vəziyyətinə baxış keçirdi. Heydər Əliyev Fondu çox böyük proqramlar həyata keçirir və bu istiqamətdə böyük iş görür.

Üstəlik, bu istiqaməti şəxsən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva kurasiya edir. Məhz Mehriban Əliyevanın iştirakı sayəsində Azərbaycan hazırda bu sahədə belə uğurlar əldə edib”.

Pavel Astaxov Azərbaycanın birinci xanımını təriflədi

P.Astaxovun sözlərinə görə, bir çox yerlərə baş çəkə, azərbaycanlı həmkarlarının iş təcrübəsi ilə tanış ola biliblər:

“Hətta Qəbələ şəhərində olduq. Fikrimcə, Azərbaycan hazırda Rusiyanın ən etibarlı tərəfdaşlarından biridir”.

Müvəkkil qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq davam edir:

“Hazırda biz MDB ölkələri ilə uşaq hüquqları və ailə müdafiəsi üzrə vahid məsləhət şurasının yaradılması məsələsini fəal müzakirə edirik. Ölkələrimizin – Rusiya, Qazaxıstan, Belarus və Azərbaycanın bu məsələ ilə bağlı yekdil fikri var. Tərəfimizdən belə ümumi şuranın yaradılması üçün birgə imkanlar axtarılır. Fikrimcə, bu bizim hamımız üçün çox vacibdir”.