» » Putin Kerriyə: Sizə yaxşı yatmaq lazımdır

Putin Kerriyə: Sizə yaxşı yatmaq lazımdır

Putin Kerriyə: Sizə yaxşı yatmaq lazımdır

“Rusiya və ABŞ daha çətin böhranların həlli yollarını axtarırlar”.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirilən görüşdə onun çətin məsələlərin həlli yolunda gördüyü işləri qeyd edərək, Kerriyə yaxşı yatmağı məsləhət görüb, ucarliyiq.biz xəbər verir.

“Hörmətli cənab baş katib, biz sizin bir sıra çətin məsələlərin həlli yolunda göstərdiyiniz səyləri görürük. Sizin hərəkətləriniz izləməyə belə vaxt çatdırmırıq. Mən görürəm, sizə yaxşı yatmaq lazımdır”, - RF prezidenti qeyd edib.

Putin bildirib ki, Rusiya və ABŞ daha çətin böhranların həlli yollarını axtarırlar.

Öz növbəsində Putinlə görüşdə Kerri bildirib ki, Rusiya və ABŞ birlikdə bir çox nəaliyyətlər əldə edə bilərlər, çünki Suriya böhranının niamlanması üzrə aparılan Vyana danışıqları bir sıra yeni imkanlar açır.