» » Türkiyədə ABŞ konsulluğunda terror planlaşdıran şəxs saxlanıldı

Türkiyədə ABŞ konsulluğunda terror planlaşdıran şəxs saxlanıldı

Türkiyədə ABŞ konsulluğunda terror planlaşdıran şəxs saxlanıldı

Saxlanılan şəxs Suriya vətəndaşıdır.

İstanbulda yerləşən ABŞ konsuluğunda terror aktı planlaşdıran Suriya vətəndaşı Məhəmməd Racil əl-Xardani həbs edilib.

ucarliyiq.biz Hurriyet-ə istinadən xəbər verir ki, o, həmçinin İŞİD terror qruplaşması ilə əlaqəli olmasında günahlandırılır.

Nəşrin məlumatına görə, Əl-Xardani ABŞ konsulluğunda “şəhid kəməri” ilə terror aktı törətməyə hazırlaşırdı. 

Racil əl-Xardani Türkiyənin cənubunda Qəhrəmanmaraş vilayətində saxlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu terror təhlükəsi ilə əlaqədar bağlanıb.