» » Hacı Nuran reanimasiyaya yerləşdirildi (FOTO)

Hacı Nuran reanimasiyaya yerləşdirildi (FOTO)

Hacı Nuran reanimasiyaya yerləşdirildi (FOTO)

Almaniyada müalicə alan Hacı Nuran Hüseynov reanimasiyaya yerləşdirilib. Ucarliyiq.biz-in məlumatına görə, vəziyyəti pisləşən tanınmış teleaparıcı hər an həkim nəzarətindədir.
Hacı Nuran bu barədə sosial şəbəkədə yazıb: “Artıq bir müddətdir ki, məni reanimasiya şöbəsinə yerləşdiriblər. Bir dəqiqə məni görmək üçün Bakıdan çox sevdiyim vəfalı dostlarım gəldi”.
Sevilən aparıcı dünənki statusunda səhhətinin daha da pisləşdiyini bildirmişdi: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.
Hacı Nuran reanimasiyaya yerləşdirildi (FOTO)

Hacı Nuran Hüseynovun sosial şəbəkədə paylaşdığı status

Mənbə: Ans</span