» » Çin Kanadadan təmiz hava alır

Çin Kanadadan təmiz hava alır

Çin Kanadadan təmiz hava alır

Qiymət mineral suyun bir şüşəsinin qiymətindən 50 dəfə bahadır.

Qayalıq dağların havasını balon ilə satan Kanada şirkətinin məhsulu çinlilər arasında böyük populyarlıq qazanıb.

Satışların artımı hal-hazırda Çində havanın ciddi şəkildə çirklənməsinin müşahidə edilməsi ilə əlaqədardır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.

Kanadanın Vitality Air startapı keçən il Edmont şəhərində təsis edilib, amma Çində öz məhsullarını iki ay bundan öncə satmağa başlayıb.

“Bizim 500 balon təmiz havadan ibarət birinci partiyamız dörd gün ərzində satıldı”, - şirkətin həmtəsisçisi Moisey Lem nəşrə bildirib.

O əlavə edib ki, hal-hazırda Çinə 4 min balon olan bir neçə yeşik göndərilib, onlardan əksəriyyəti üçün sifariş tərtib edilib.  

Məqalənin müəllifi bildirib ki, belə qabın birində 7,7 litr təmiz hava var və 100 yuana (15 dollara) satılır.

Bu qiymət Çində satılan bir şüşə mineral suyun qiymətindən 50 dəfə bahadır.

Nəşrin məlumatına görə, alıcıların əksəriyyəti Çinin iri şəhərlərində yaşayanlardır, onlar havanın çirklənməsini daha kəskin hiss edirlər.

Daha öncə Pekində havada təhlükəli hissəciklərin normadan 20 dəfə artıq olması barədə məlumat yayılmışdı.