» » Avropa İttifaqı Rusiyanı bağışlamadı

Avropa İttifaqı Rusiyanı bağışlamadı

Avropa İttifaqı Rusiyanı bağışlamadı

“Mən heç bir müzakirə gözləmirəm”.

Avropa İttifaqının bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndəsi deyib.

“Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələri arasındakı danışıqlara əsasən söyləyirəm”, - deyə o bildirib.

O əlavə edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır:

“Bu isə o deməkdir ki, 28 lider qarşıdakı 6 ay müddətində sanksiyaların uzadılmasını dəstəkləyəcək”. 

O xatırladıb ki, heyətlərdən biri bizim riayət etməli olduğumuz prosedurlar məsələsini qaldırıb.

“Bu, Avropa Şurasının sədri Donald Tuskun məktubunda əks edilib. Formal proses Avropa Şurasında, sonra daimi nümayəndəliklər səviyyəsində keçiriləcək. Bu məsələ üzrə bizim konsesumuz var, bu konsesus cümə günü günün ikinci yarısından başlayaraq qanunverici prosesdə əks olunacaq.

Düşünürəm ki, Coreper iclası sammitdən sonra cümə günü keçiriləcək”, - məmur bildirib.