» » The Telegraph: Putin ölümsüzdür? – FOTO

The Telegraph: Putin ölümsüzdür? – FOTO

The Telegraph: Putin ölümsüzdür? – FOTO

“O, silahlı və təhlükəlidir”.

“Vladimir Putin və ya Dunkan Maklaud?” – Britaniya nəşri The Telegraph-ın jurnalistləri rusiyalı prezident haqqında gözlənilməz sual qarşısındadırlar.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, qəzetin əməkdaşları 1920 və 1941-ci illərə aid fotoları əldə ediblər, həmin fotolarda əks olunan insanların Rusiya liderinə bənzərliyi təəccübləndirir.

Mümkün izahların axtarışı isə jurnalistləri çox uzağa aparır və onlar siyasətçinin fövqəl yaranışından tutmuş, onun ölümsüzlüyünə qədər fantastik versiyalar irəli sürürlər.

The Telegraph: Putin ölümsüzdür? – FOTO
The Telegraph: Putin ölümsüzdür? – FOTO
The Telegraph Putinin əsrlərin dərinliklərindən müasir və hürkmüş ingilislərə baxan əkizlərinin fenomen sirrini açmaq üçün araşdırmaya Twitter istifadəçilərini də cəlb edib.

Redaksiya abunəçilərə “Putin ölümsüzdürmü?” sualı ilə müraciət edib. Nəticələr isə gözlənilməz olub.

Bir saat ərzində səs verən auditoriyanın 66%-i təsdiq cavabı verib və jurnalistlər səsverməni bağlamağı qərara alıblar. Onların fikrincə, Rusiya liderinə bu qədər diqqət artıqdır.

The Telegraph: Putin ölümsüzdür? – FOTO

Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri Britaniya jurnalistlərinə narahatçılıq üçün daha çox səbəb verirlər. Rusiya prezidentinin daha bir əkizi - XIX əsr yunan generalı portretindən baxaraq gülümsəyir.

The Telegraph: Putin ölümsüzdür? – FOTO

Daily Mail qəzetinin ekspertləri prezident Vladimir Putinin yerişini və jestlərini təhlil ediblər və belə bir nəticəyə gəliblər ki, Putin silahlı və təhlükəlidir.

Qərb mütəxəssisləri əmindirlər ki, Putin hərəkət etdiyi zaman sağ tərəfində müşahidə edilən durğunluq siyasətçinin istənilən an geyiminin altında gizlətdiyi tapançanı çıxarmağa hazır olduğunu sübut edir.