» » Ankara Moskvanın tələblərini rədd etdi

Ankara Moskvanın tələblərini rədd etdi

Ankara Moskvanın tələblərini rədd etdi

“Yerinə yetirmək mümkün deyil”.

Türkiyə vurulmuş Su-24 təyyarəsi üçün Rusiyaya təzminat ödəməyə hazırlaşmır, bunu Türkiyə DİN-in mətbuat katibi Tancu Bilgiç çərşənbə günü bəyan edib, RİA Novosti CNN Türk-ə istinadən məlumat yayıb. 

“Rusiyanın vurulmuş təyyarə üçün təzminat tələbini yerinə yetirmək mümkün deyil”, - CNN Türk kanalı Bilgiçin sözlərindən sitat gətirib.

ucarliyiq.biz xəbər verir ki, Rusiya Daxili işlər nazirinin müavini Aleksey Meşkov verdiyi müsahibəsində Türkiyə hakimiyyətinin vurulmuş Su-24 təyyarəsi üçün RF-yə təzminat ödəməli və belə şeylərin gələcəkdə baş verməyəcəyinə dair zəmanət verməli olduğunu bəyan etmişdi.

O əlavə edib ki, Rusiya onun təyyarələrinin Türkiyənin hava məkanını pozmayacağına dair zəmanət verməli olduğunu əlavə etmişdi.

Rusiya və Türkiyənin münasibətləri noyabrın 24-də Türkiyə qırıcısının Suriyada terror əleyhinə əməliyyat yerinə yetirən Su-24 bombardmançısını vurduqdan sonra böhran vəziyyəti yaşayır.