» » Türkiyə Rusiyaya "yox" dedi

Türkiyə Rusiyaya "yox" dedi

Türkiyə Rusiyaya "yox" dedi

Rusiya ilə Türkiyə arasında "Su-24" təyyarəsinin vurulmasından sonra yaranan böhran get-gedə dərinləşir. Ucarliyiq.biz xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkovun açıqlaması bu gərginliyi artırıb. Belə ki, o, Türkiyənin noyabrın 24-də Suriya ilə sərhəddə vurduğu "Su-24"ə görə təzminat ödəməli olduğunu deyib.
Bundan başqa Meşkov Türkiyədən oxşar hadisənin gələcəkdə bir daha təkrar edilməyəcəyinə dair də zəmanət tələb edib.
Onun sözlərinə görə, Türkiyə Rusiya təyyarəsini vurmaqla iki ölkə arasında gücdən istifadə haqqında beynəlxalq hüquq prinsipini pozduğunu, ölkələr arasında 1992-ci ildə imzalanan müqaviləni pozub.
Türkiyə Rusiyaya "yox" dedi

Aleksey Meşkov - Rusiyanın XİN müavini
Türkiyənin Rusiya tərəfinin bu açıqlamasına cavabı gecikməyib. Belə ki, Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiç sərhədləri pozmayacağı təqdirdə bir daha təyyarə vurulmayacağını deyib. Türkiyənin təzminat ödəməsi isə mümkün deyil.
Onun sözlərinə görə, Rusiyanın istədiyi şərtlərin qarşılanması (təzminat, üzr və pilotların cəzalandırılması) mümkün deyil.
Məlumat üçün bildirək ki, Türkiyə hələ münasibətlərin gərginləşdiyi ilk dövrlərdə öz mövqeyini açıq-aşkar bəyan etmişdi. Baş nazir Əhməd Davudoğlu ölkəsinin hava sərhədlərinin Rusiya tərəfindən pozulduğunu deyib. "Heç bir ölkə öz hava məkanını qoruduğu üçün cəzalandırıla, təzminat ödəyə və ya üzr istəyə bilməz".

Rusiya təyyarəsinin vurulması
Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya arxdan vurulan zərbə adlandırıb. O, bu hadisənin Türkiyə ilə əlaqələrə təsir edəcəyini deyib.
Gərginlikdən sonra Rusiya tərəfi sanksiyalar tərtib edib. Yanvar ayının 1-dən Türkiyədən bir çox məhsulun, xüsusilə meyvə-tərəvəzin gətirilməsi qadağan edilib.