» » Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Azərbaycanda rus turistlərin ölkəyə cəlb edilməsi üçün xüsusi layihə hazırlanıb. Bunu açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.
Rusiyanın Türkiyədəki otel biznesinə də təsir edə biləcək ikinci sanksiyalar paketi bir çox ölkələrdə otel qiymətlərinin dəyişməsinə səbəb ola bilər. Lakin bu sanksiyalardan Azərbaycan faydalana bilər. N.Bağırov bildirib ki, ölkədə belə hallar müşahidə olunmayacaq, əksinə, hazırda otel qiymətlərinin endirilməsi istiqamətində iş aparılır.
"Biz rusiyalı turistləri Azərbaycana cəlb etmək üçün əlimizdən gələni edirik. Münasibətlər gərginləşənə kimi Avropa ölkələrinə üz tutan və Türkiyəyə gedən turistlərin ölkəmizə gəlmələri üçün Rusiyanın böyük turizm qurumu olan Turizm Operatorlar Birliyi ilə danışıqlar gedir.
Yaxın günlərdə Rusiyada bununla bağlı görüş də keçiriləcək. Bundan başqa, yeni layihə hazırlanacaq. Layihədə AZAL-ın da rolu var. Onlar da bizimlə əməkdaşlıq edəcəklər".
Turizm Assosiasiyasının rəhbəri xüsusi layihədə rus turistlərin istəklərinin nəzərə alındığını da deyib. Onun sözlərinə görə, rus turistləri əsasən dəniz, isti hava və mətbəx cəlb edirdi. "Bunlar da bizdə var. Bu işlərdə Azərbaycan Turizm Nazirliyi də bizə dəstək olur".
Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Nahid Bağırov - Azərbaycan Turizm Assosiasiyasının rəhbəri
Rusiyanın bu günlərdə Türkiyəyə qarşı yeni sanksiyalar hazırlaması barədə informasiya yayılıb. Məlumata görə, sanksiyalar Türkiyədə otel biznesi, pilotların təhsili, eləcə də ağac emalı sahələrini əhatə edə bilər.
Rusiyada hüquqi şəxslərə Türkiyədən olan konturagentliklərlə müqavilələr imzalamaq da qadağan edilə bilər.
Sanksiyaların icrasına nəzarət isə Mərkəzi Bankın iştirakı ilə Rusiya Maliyyə Monitorinq idarəsinin üzərinə düşəcək.
Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Rusiyanın Türkiyəyə tətbiq edəcəyi sanksiyalar
Hazırlanan yeni layihənin ölkəmizə gələn turist axınını artırması həm də qeyri-neft sektorunun ən gəlirli sahəsi olan turizmin daha yaxşı inkişafına yol aça bilər. Bu isə əlavə gəlir deməkdir.
Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Bu ilin yanvar-iyul ayları üçün Azərbaycan Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölkəmizə Rusiyadan 310.700, Gürcüstandan 283.400, Türkiyədən 148.200, İrandan 72.800, Ukraynadan 27.200, Böyük Britaniyadan 19.400, Almaniyadan 7.800, ABŞ-dan 6.500 turist gəlib.
İki ölkə arasında münasibətlər noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurmasından sonra gərginləşib. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər və vətəndaşlarına səfərlərdən çəkinməyi məsləhət görüblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya arxadan vurulan zərbə adlandırıb.
Hadisədən sonra Rusiya Türkiyəyə bir çox sahələrdə sanksiya tədbiqinə başlayıb.
Həmçinin oxuyun:
Misir və Türkiyəni ruslara Azərbaycan əvəz edəcək