» » Erməni nazir Sakaşvilini belə təhqir etdi (VİDEO)

Erməni nazir Sakaşvilini belə təhqir etdi (VİDEO)

Erməni nazir Sakaşvilini belə təhqir etdi (VİDEO)

Sosial şəbəkədə Odessa qubernatoru Mixail Saakaşvilinin daxili işlər naziri Arsen Avakovla arasında yaranan münaqişənin videosu yayılıb. Ucarliyiq.biz xəbər verir ki, milli islahatlar şurasının iclası zamanı baş verən olay zamanı nazir qubernatorun üzünə su atıb.
Ukrayna prezidenti Pyotr Poroşenko münaqişədə Saakaşvilini müdafiə edib. Ölkə başçısı iclas zamanı baş verən hadisəni "biabırçı hərəkət" adlandırıb.
“Prezident kimi, Konstitusiya qarantı olan, vətəndaşların hüquq və azadlıqlarının zamini kimi mən milli islahatlar şurasının iclası zamanı baş verən bu biabırçı hadisənin üstündən sükutla keçə bilmərəm”, - deyə dövlət başçısının hadisəylə bağlı bəyanatında deyilir.
Qeyd edək ki, ötən gün Ukrayna milli islahatlar şurasının iclası zamanı Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilini vurmaq istəyib. Tərəflər əlbəyəxa olmaq həddinə çatıblar. Erməni nazir Saakaşvilinin üzünə su atıb.
Erməni nazir Sakaşvilini belə təhqir etdi (VİDEO)

“Radada cənab Saakaşvili mənim "Niyə o, OPZ (kimya zavodu) barədə "Uralxim"dən olan rus oliqarxı ilə ünsiyyət saxlayırdı və bu, OPZ özəlləşdirməsinin prosesi ilə bağlıdır?" sualıma cavab verə bilmədi və özünə nəzarəti itirdi. Odessa qubernatoru isterika çıxarıb mənə qışqırmağa başladı: "Heç kim Mixail Saakaşvili ilə belə danışmaq hüquqlarına malik deyil. Sən korlanmış nazirsən". Mən onu vurmaqdan özümü zorla saxladım və suyu üzünü çırptım”, - deyə Arsen Avakov bildirib.
Ukrayna Daxili İşlər Nazirliyinin başçısı bildirib ki, Saakaşvilinin hiylələrinə dözməyə hazırlaşmır.
Erməni nazir Sakaşvilini belə təhqir etdi (VİDEO)

“Mən öz iş yerində şəraiti məhv edib istefa üçün səbəb axtaran alçağın kobudluğuna dözməyə hazırlaşmıram. Mənim ölkəmi gözəl pozayla aldadan qanacaqsıza dözmək niyyətində deyiləm”,- deyə Avakov əlavə edib.Öz növbəsində Odessa qubernatoru Mixail Saakaşvili tələb edib ki, Pyotr Poroşenkonun administrasiyası vuruşmanın videoyazını dərc etsin.
Erməni nazir Sakaşvilini belə təhqir etdi (VİDEO)

Həmçinin Saakaşvili bildirib ki, Ukraynanın baş naziri Arseniy Yasenyukla birlikdə Avakov ondan ölkəni tərk etməyi tələb ediblər. Saakaşvilinin sözlərinə görə, Nazirlər Kabinetinin başçısı onu "qastrolçu" adlandırıb.