» » Türkiyə limanlarında Rusiyaya məxsus 27 gəmi saxlanıldı - YENİLƏNİB

Türkiyə limanlarında Rusiyaya məxsus 27 gəmi saxlanıldı - YENİLƏNİB

Türkiyə limanlarında Rusiyaya məxsus 27 gəmi saxlanıldı - YENİLƏNİB

Rusiya səfirliyi təsdiqləmir.

Rusiyanın Ankaradakı səfirliyi, eləcə də RF-nin İstanbuldakı və Trabzondakı baş konsulluğu Rusiya gəmilərinin Türkiyə limanlarında saxlanılmasını təsdiqləməyiblər.

ucarliyiq.biz bu barədə xəbər verir.

“Su-24 təyyarəsi ilə qəzadan və Rusiyanın Türkiyəyə qarşı iqtisadi tədbirlərin tətbiqindən sonra gəmi sahibləri və RF gəmilərinin heyətləri tərəfindən Türkiyə limanlarında qanunsuz saxlanılma barədə səfirliyə məlumat daxil olmayıb”, - bu barədə Rusiyanın Ankaradakı səfirliyindən olan press attaşe İqor Mityakov bildirib.

RF-nin Trabzondakı baş konsulluğunun nümayəndəsi də Rusiya gəmilərinin Türkiyə limanlarında saxlanılmasının qeyd edilmədiyi barədə bildirib.

“Bizdə Rusiya gəmilərinin saxlanılmasına dair informasiya yoxdur. Qara dənizə gəldikdə isə Rusiya gəmiləri ştat rejimində daxil olur və limandan çıxırlar. Onlar saxlanıldığı halda səbəb göstərilir, nasazlıq barədə bildirilir, bu, normaldır. Bizə qanunsuz saxlama haqqında məlumat daxil olmayıb”,- agentliyin Trabzondakı baş konsulluğundakı həmsöhbəti bildirib.

RF-nin İstanbuldakı baş konsulluğunun nümayəndəsi də Rusiya gəmilərinin İstanbul limanlarında qanunsuz saxlanılmasına dair məlumatının olmadığını bildirib.

10:58

Qara dəniz sahilində Türkiyə bayrağı altında üzən 8 gəmi saxlanılıb.

Türkiyə isə bu səbəblə əks hücuma keçib. Dünənə qədər Türkiyə limanlarında saxlanılan Rusiya bayraqlı gəmilərin sayı 27-yə çatıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin Habertürk nəşri məlumat yayıb. 

“Türkiyə bir müddət əvvəl Rusiyanın bu mövqedən imtina edəcəyini gözləsə də, gözləntilər nəticə vermədikdən sonra Türkiyə də buna qarşılıq verməyə başlayıb. Türkiyə Aralıq və Qara Dəniz Memorandumları əsasında qüsur aşkar edilən 27 Rusiya bayraqlı gəmiləri saxlayıb”, - deyə nəşr yazıb. 

Yaranan problemdən sonra Rusiya tərəfi məsələnin həlli istiqamətində səy göstərib, görüşmək istədiklərini bildiriblər. Amma Türkiyə tərəfi isə Rusiyanın bu istəyinin hələ konkretləşmədiyi bəyanatını verib:

“Görüş üçün konkret yer və vaxt məlum deyil”, - deyə Türkiyə rəsmiləri bildirib.