» » İŞİD Obamanı xəlifə elan etdi – VİDEO

İŞİD Obamanı xəlifə elan etdi – VİDEO

İŞİD Obamanı xəlifə elan etdi – VİDEO

ABŞ-ın hazırkı prezidenti böyük rəhbər kimi təqdim olunub.

Bir qrup İŞİD yaraqlısı ABŞ prezidenti Barak Obamaya müraciət ünvanlayıblar.

ucarliyiq.biz xəbər verir ki, terrorçuların nitqində ABŞ-ın hazırkı prezidenti böyük rəhbər kimi təqdim olunur.

Ekstremistlərin rəyinə görə, xilafətin əsasında məhz o dayanıb və cihadı yeni səviyyəyə yüksəldib.

İŞİD yaraqlıları Obamanın əsas xidməti kimi Müəmmər Qəddafinin məhvini göstərirlər.

“Əfqanıstanı xatırlamaq olar, Corc Buş bizə İraqı gətirdi, lakin əsas qəhrəman bizim xilafətin əsasında dayanan Obamadır. Onun sayəsində biz şəriət qanunlarına əməl etməyən narazı hökumətlərdən xilas ola bildik. Obama bizi qanunun bərqərar olması yolunda maneə olan Qəddafidən qurtardı. İndi, şükür Allaha ki, bizim bütün qruplaşmalarımız birləşib”, - deyə, müraciətdə bildirilir. 
Terrorçular bildirirlər ki, məhz Amerika prezidentinin sayəsində onlarda silah peyda olub və bu silahla Obamanın düşmənləri ilə mübarizə aparırlar. Müraciətdə yaraqlılar onu öz xəlifələri adlandırırlar:

“Obama, sən bizə düşmənlərinə qarşı istifadə etdiyimiz silah verdin. Obama, sən bizim üçün çox şey etdin, buna görə də, biz səni  öz xəlifəmiz, Allaha aparan yolda bələdçimiz elan edirik”, - deyə, yaraqlılar deyirlər.