» » Virciniyalı atıcı intihar etdi

Virciniyalı atıcı intihar etdi

Virciniyalı atıcı intihar etdi

“Elison irqçi ifadələrdən istifadə edirdi”.

ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotoqrafı öldürən Vester Lee Flanaqan intihar edib.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, polislər onun izinə düşərək təqib ediblər, lakin Flanaqan polisə təslim olmaq istəməyib və özünü güllələyib.

İntihardan əvvəl o öz Twitter səhifəsində jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb. 

“Elison irqçi ifadələrdən istifadə edirdi. WDBJ7 telekanalı isə onu işə götürdü. Mən atışmanı çəkmişəm, Facebook səhifəmi izləyin”,- Flanaqan yazıb.

Xatırldaq ki, Vester Lee Flanaqan bu gün səhər saatlarında WDBJ7 telekanalında reportaj zamanı 24 yaşlı Elison Parker və 27 yaşlı fotoqrafı Adam Uord güllələyərək öldürüb.