» » Dünya Bankının prezidenti: Gələn il “məyusluq ili” olacaq

Dünya Bankının prezidenti: Gələn il “məyusluq ili” olacaq

Dünya Bankının prezidenti: Gələn il “məyusluq ili” olacaq

“Xüsusilə də inkişafda olan bazarlar üçün”.

Gələn il ümumilikdə dünya iqtisadiyyatı və o cümlədən də struktur islahatları aparmalı inkişafda olan ölkələr üçün “məyusluq ili” olacaq.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, belə bir rəylə Dünya Bankının prezidenti Cim Yen Kim Yaponiyanın aparıcı işgüzar qəzeti Nikkei-yə müsahibəsində bildirib.
 
“2016-cı il ümumilikdə qlobal iqtisadiyyat, lakin xüsusilə də inkişafda olan bazarlar üçün daha bir məyusluq ili olacaq. İnkişafda olan bazarlarda xeyli yavaş artım müşahidə olunur”, - deyə, o, bildirib.

“Qlobal kapital bazarları struktur islahatları aparan, siyasəti etibarlı şəkildə müzakirə edən və bunu etməyən ölkələri dəqiq fərqləndirə biləcəklər”, - DB prezidenti xəbərdarlıq edib.
 
“Xalis xammal ixracatçıları diqqətlərini əlavə dəyər üzərində daha çox cəmləşdirməlidirlər. Onlar sadəcə xammal tədarük etmək əvəzinə, emala cəlb olunmalıdırlar. Bir çox ölkələr öz iqtisadi artım mənbələrini şaxələndirməlidirlər.

Neft və qazın aşağı qiymətlərini nəzərə alaraq, pulları yanacaq hasilatına (sektorun inkişafına) xərclənməyi dayandırmağın əsl vaxtıdır”, - deyə, Cim Yen Kim əlavə edib.
 
Struktur islahatlarından danışan Dünya Bankının prezidenti uğurlu nümunə qismində Hindistan rəhbərliyinin siyasətini göstərib:

“Baş nazir Modi (Narendra Modi) bir neçə sürətli dəyişiklik edib. O, işgüzar mühiti tez bir zamanda yaxşılaşdırıb, mal və xidmətlərə vergilərə diqqət ayırıb, sərmayədarlara çox müsbət siqnallar ünvanlayıb”.

Dünya Bankının proqnozlarına görə, 2016-cı ildə iqtisadi artım templəri 3,3%, inkişafda olan ölkələr üçün 5,2%-dək artacaq. Lakin Nikkei yazır ki, gələn ilin yanvarında bu göstəricilərə azalma istiqamətində yenidən baxıla bilər.