» » ABŞ-da ilk teledebat keçirilib (VİDEO)

ABŞ-da ilk teledebat keçirilib (VİDEO)

ABŞ-da ilk teledebat keçirilib (VİDEO)

Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında növbəti debat baş tutub.
ANS TV-nin məlumatIna görə, Kaliforniya və Parisdə baş vermiş teraktlardan sonra respublikaçı prezidentliyə namizədlərin ilk teledebatı keçirilib.
İştirakçılar arasında milli təhlükəsizlik və “İŞİD”ə qarşı mübarizə mövzularında qızğın mübahisələr gedib.
Prezidentliyə namizədlərin bəziləri şübhəli vətəndaşların izlənilməsi və dinlənilməsilə bağlı tədbirlərin gücləndirilməsini tələb edib. Digər namizədlər isə vətəndaş azadlıqları və şəxsi həyat toxunulmazlığı haqda hüquqları əsas gətirərək, buna qarşı çıxıb.
“Düşünürəm ki, Respublikaçılar Partiyasının bununla bağlı xarici siyasəti ətrafında maraqlı müzakirələr oldu. Maraqlı məqam da odur ki, Hillari Klinton da rejim dəyişikliyinin böyük tərəfdarıdır. Bu da partiyaları toqquşduran məqamdır”, - deyə Respublikaçı namizəd Rend Pol bildirib.
Qalmaqallı media maqnatı Donald Tramp bu dəfə müdafiə mövqeyi tutub. Keçmiş prezident Corc Buşun qardaşı Ceb Buşu “xaotik namizəd” adlandırıb.
Trampın müsəlmanların girişinə qadağa qoyulması ilə bağlı əvvəlki şərhlərinə görə bütün namizədlər onu tənqid atəşinə tutub.
“Biz tam təcrid edilmə barədə danışmırıq, biz təhlükəsizlik barədə danışırıq, burada söhbət ümumiyyətlə dindən getmir” - deyə Tramp öz dediklərinə haqq qazandırmağa çalışıb.
Eyni zamanda Trampın “İŞİD”ə qoşulanların qarşısını almaq üçün interneti bağlamaq təklifi teledebatın qaynar mübahisə mövzusuna çevrilib.