» » Makedoniya ölkənin adını dəyişir

Makedoniya ölkənin adını dəyişir

Makedoniya ölkənin adını dəyişir

“Ad ilə əlaqədar münaqişənin həlli üçün şərait “çoxdan yaranıb””.

Makedoniyanın baş naziri Nikola Qruyevski bəyan edib ki, onun Yunanıstan ilə dialoqu bərpa etmək istəyi var, bu, potensial olaraq ölkənin adının dəyişilməsi ilə nəticələnə bilər, The Guardian yazır.

“Biz müzakirələrə hazırıq, dialoqa və həlli tapmağa açığıq”, - Qruyevski deyib.

ucarliyiq.biz paralel-media.com.ua-ya istinadən xəbər verir ki, Yunanıstan hesab edir ki, Makedoniya şimali yunan əyalətlərindən birinin adını “oğurlayıb”.

Mübahisə Makedoniyanın müstəqillik qazandığı - 1991-ci ildən bəri davam edir. Həmin dövrə qədər Makedoniya Sosialist Respublikası adını daşıyan dövlət Yunanıstan tərəfindən müqavimətə səbəb olmamışdı. 1991-ci ildən sonra Yunanıstan hesab edir ki, ölkənin adı onun tarixi əyalətlərindən birinin adının uzurpasiyasıdır.

Yunanıstanın Makedoniyanın adına qarşı narazıçılığı ucbatından ölkə NATO-ya daxil ola bilmir və Aİ-yə üzvlük danışıqlarına başlaya bilmir.

“Biz mümkün qədər tez bir zaman ərzində Yunanıstan ilə məsələnin həll yolunu tapmaq istərdik. Və əgər bu həlli tapsaq vətəndaşlara müraciət edərək referendum keçirəcəyik”, - Qruyevski bəyan edib.

Nəşr qeyd edir ki, hər iki tərəfdən 24 illik mübahisənin həll olunmasının mümkünlüyünə dair siqnallar var.

Makedoniyanın XİN rəhbəri Nikol Poposki Afinaya səfəri ərəfəsində bəyan edib ki, ad ilə əlaqədar münaqişənin həlli üçün şərait “çoxdan yaranıb”.

Qeyd etmək lazımdır ki, bu, Makedoniyanın XİN rəhbərinin Yunanıstana 15 il ərzində ilk səfəri olacaq. Yunanıstanın XİN rəhbəri Nikos Kotzias 11 il ərzində ilk dəfə Skopyedə bu ilin iyun ayında olub.