» » Mərkəzi bank: Dollar qərarı manata təsir edəcək

Mərkəzi bank: Dollar qərarı manata təsir edəcək

Mərkəzi bank: Dollar qərarı manata təsir edəcək

ABŞ-ın dollarla bağlı qərarı Azərbaycanın milli valyutasına təsirsiz ötüşməyəcək.
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.
AMB-dan verilən məlumata görə, FES-in qəbul etdiyi qərar gözlənilən idi: "Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik".
Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ol bilər. Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi deyib: "Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək".
AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.
Qeyd edək ki, FES-in qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 0,25% artırılıb.