» » Azərbaycan PUA istehsalına başlayır

Azərbaycan PUA istehsalına başlayır

Azərbaycan PUA istehsalına başlayır

Azərbaycan zərbə PUA-larının istehsalına başlayacaq. Ucarliyiq.biz xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 2016-cı ildə başlayacaq.
Bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazir bununla bağlı dövlət başçısının tapşırıq verdiyini qeyd edib.
“Bu uçuş aparatları kəşfiyyatla yanaşı digər funksiyaları da həyata keçirəcək, aşkarladığı hədəfləri məhv edə biləcək. Yeni PUA üzərində işlər 2016-cı ilin sonlarında başa çatdırılacaq və istehsalına başlanacaq”, – deyə nazir vurğulayıb.
Azərbaycan PUA istehsalına başlayır

Azərbaycan PUA istehsalına başlayır

Müxtəlif növlü PUA-lar
Nazir bundan əlavə, uzaq mənzilli raketlərin istehsalı istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını və yaxın zamanlarda bu məhsulların istehsalına başlanacağını bildirib.
Bundan başqa nazir bildirib ki, MSN nəzdində 2016-cı ildə 4 zavod və 3 istehsal sahəsini istifadəyə verilməsi nəzərdə tutulur. Yeni istehsal sahələrində RPQ-7V2 tipli tank əleyhinə qumbaraatanlar üçün 4 növ mərminin, 40×46 mm çaplı barabanlı qumbaraatan və onun sursatlarının, iri çaplı izburaxan sursatların, M6, M12 partladıcı başlıqların, tank və artilleriya vasitələri üçün 6 növ döyüş sursatının, 5.45 mm-dən 30 mm-dək bütün növ atıcı silahlar üçün lülələrin istehsalı həyata kerçiriləcək.
“Hazırda MSN olaraq ordumuzu atıcı silahlar, onların ehtiyat hissələri və döyüş sursatları ilə tam təmin edirik”.
Y.Camalov bu il məhsul ixracı ilə bağlı bir neçə layihənin reallaşdırıldığını, daha bir neçə layihənin reallaşma mərhələsində olduğunu və danışıqların davam etdiyini vurğulayıb.
Bu gün nazirliyin tərkibində 28 müəəssisə fəaliyyət göstərir. Bu zavodlarda 54 istehsal sahəsi yaradılıb və müəssisələr müasir istehsal texnologiyalar ilə təchiz olunub. Hazırda MSN müəssisələrində 1077 adda müdafiə təyinatlı məhsul istehsal edilir.
Azərbaycan PUA istehsalına başlayır

Müdafiə sənayesi naziri - Yavər Camalov