» » Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi

Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi

Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.
Ucarliyiq.biz xəbər verir ki, bu barədə açıqlamanı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlərin görüşü dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək. Sabah Serj Sarkisyan Bernə işgüzar səfərə yola düşəcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
Daha öncə prezidentlərin dekabr ayında görüşəcəyi açıqlanmışdı. İlk olaraq onların dekabrın 1-də Fransanın paytaxtı Parisdə görüşəcəyi deyilirdi. Lakin sonradan terror təhlükəsi ilə bağlı olaraq görüş yeri dəyişdirilmişdi.
İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi

İlham Əliyev, Fransua Olland və Serj Sarkisyan - 27.10.2014
Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü olub. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar.
Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.
Ondan əvvəl isə, İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.