» » Dünya Bankından Hindistana qeyri-adi kredit

Dünya Bankından Hindistana qeyri-adi kredit

Dünya Bankından Hindistana qeyri-adi kredit

“Hər 10 ölümdən birinin səbəbi budur”.

Dünya Bankı Hindistanın kənd yerlərində sanitar şəraitin (tualetlə təmin etmə) yaxşılaşdırılması üzrə proqramın həyata keçirilməsi üçün bu ölkəyə 1,5 milyard dollar kredit ayıracaq. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə bankın saytında deyilib. 

Beş ilə bölünərək veriləcək kreditlə, hökumətin kəndlərə tualet təmin etməsi və 2019-cu ilə qədər kənd yerlərində tualet ehtiyacının açıq sahələrdə aparılmasına son verilməsini dəstəklənəcək.

Dünya bankının Hindistan üzrə direktoru Onno Ruhl bildirib ki, Hindistanda baş verən hər 10 ölümdən birinin səbəbi sanitar şəraitin yoxsulluğundan qaynaqlanır. 

Hindistanda 500 milyondan çox insanın düzgün tualetə malik olmadığı, kənddə yaşayanların ümumiyyətlə tualet istifadə etmək vərdişi olmadığı və hər il beş yaşdan aşağı 140 min uşağın gigiyenik şəraitin pis olması səbəbindən ishalla  müşahidə edilən xəstəliklərdən öldüyü bildirilir. 

Proqram 2014-cü ildə yaradılan “Təmiz Hindistan” şirkətinin layihəsidir. Proqramın icrasının 2019-cu ilin oktaybr ayında, yəni Mahatmi Qandinin doğuluşunun 150 illik yubileyi gününə başa çatmasını planlaşdırırılır.