» » 'Cadugər' ittihamı ilə 5 qadın linç edildi

'Cadugər' ittihamı ilə 5 qadın linç edildi

'Cadugər' ittihamı ilə 5 qadın linç edildi


Hindistanın Jharkhand əyalətində kəndlilərin cadugərliklə günahlandırdığı 5 qadın linç edildi.

Jharkhand əyalətinin paytaxtı Rançidə vəzifəli təhlükəsizlik səlahiyyətlisi Arun Kumar Singh, Kinjia kəndində meydana gələn hadisədə, cadugərlik və kəndə şanssızlıq gətirməklə günahlandırdıqları qadınları evlərindən sürüyərək çıxaran kəndlilərin, qadınları çubuqlarla döyərək linç etdiyini söylədi.

Singh, hücumla əlaqədar olaraq təxminən 50 adamın nəzarətə alındığını sözlərinə əlavə etdi.

Kəndə, hücumun ardından hər hansı bir şiddət hadisəsinin yaşanmaması üçün çox sayda polisin cəlb olunduğunu ifadə edildi.

Jharkhand əyalətinin Baş naziri Raghubar Das, hücumu qınayaraq, "Məlumat çağında meydana gələn bu hadisə kədərli" ifadəsini istifadə etdi.

Milli Cinayət Qeydiyyat Bürosuna görə, Hindistanda 2000-2012-ci illəri arasında çoxu qadın təxminən 2 min 100 adam, cadugərlik etdiyi şübhəsiylə öldürüldü