» » Virciniyalı atıcı intihara cəhd edib - YENİLƏNİB

Virciniyalı atıcı intihara cəhd edib - YENİLƏNİB

Virciniyalı atıcı intihara cəhd edib - YENİLƏNİB

“Elison irqçi ifadələrdən istifadə edirdi”.

ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı 2 jurnalisti öldürən qatil intihara cəhd etsə də, sağ qalıb.

ucarliyiq.biz-ın Gazeta-ya istinadən verdiyi məlumata görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

WDBJ7 telekanalı Vester Flenaqanın onların keçmiş əməkdaşı olduğunu təsdiq edib.

Cinayətkarın hərəkətinin motivi bəlli deyil.

21:55

ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotoqrafı öldürən Vester Lee Flanaqan intihar edib.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, polislər onun izinə düşərək təqib ediblər, lakin Flanaqan polisə təslim olmaq istəməyib və özünü güllələyib.

İntihardan əvvəl o öz Twitter səhifəsində jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb. 

“Elison irqçi ifadələrdən istifadə edirdi. WDBJ7 telekanalı isə onu işə götürdü. Mən atışmanı çəkmişəm, Facebook səhifəmi izləyin”,- Flanaqan yazıb.

Xatırldaq ki, Vester Lee Flanaqan bu gün səhər saatlarında WDBJ7 telekanalında reportaj zamanı 24 yaşlı Elison Parker və 27 yaşlı fotoqrafı Adam Uord güllələyərək öldürüb.