» » Putin mətbuat konfransına lətifə ilə başladı

Putin mətbuat konfransına lətifə ilə başladı

Putin mətbuat konfransına lətifə ilə başladı

“Sizə köhnə bir lətifə danışım...”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin sayca on birinci olan ənənəvi mətbuat konfransını keçirir.

ucarliyiq.biz xəbər verir ki, “Komsomolskaya pravda”nın jurnalistinin ölkənin iqtisadi böhran vəziyyətindən çıxması ehtimalına dair suala, prezident ağ və qara haqqında “köhnə lətifə” ilə cavab verib.

İki dost görüşür.

- İşlərin necədir?

- İndi qara zolaqdayam.

Yarım il keçir.

- İndi işlərin necədir?

- Qara zolaqdır.

- Dayan görüm qara axı onda idi!

- Yox, sən demə onda ağ imiş!

Daha sonra Putin ciddi məlumatları səsləndirib. Onun sözlərinə görə, böhran artıq geridədir.

“Sentyabr-oktyabr aylarında ÜDM 0,3-01% artıb. Kiçik də olsa istehsalat artımı qeydə alınıb”, - o, qeyd edib.