» » Putin: Atatürk qəbrində çevrilərdi!

Putin: Atatürk qəbrində çevrilərdi!

Putin: Atatürk qəbrində çevrilərdi!

“İnsanlar ölüb!”.

Türkiyədə “sürünən islamlaşma” gedir. Atatürk bunu görsəydi qəbrində çevrilərdi, bunu Rusiya prezidenti Vladimir Putin böyük mətbuat-konfransında Su-24 təyyarəsinin vurulmasından sonra Moskva və Ankara münasibətlərində yaranan böhrana dair suala cavab verərkən bəyan edib, ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir.

Putin vurğulayıb ki, hazırkı Türkiyə rəhbərliyi ilə danışıqlar aparmaq demək olar ki, mümkün deyil.

O, xüsusilə də Türkiyənin Moskvaya həssas məsələlər üzrə yardım üçün bu yaxınlarda müraciət etməsinin Rusiyaya təsir etdiyini vurğulayıb.

“Biz deyəndə ki, bəli, biz razıyıq, onlar arxadan zərbə vururlar. Dövlətlərarası səviyyədə mən Türkiyə rəhbərliyi ilə münasibətlərin yaxşılaşdırılması üçün perspektiv görmürəm. Biz məcburən iqtisadiyyatda və digər sahələrdə müəyyən məhdudiyyət tədbirləri həyata keçirməli olacağıq. Məsələn, turizmlə əlaqədar”, - Putin əlavə edib.

“Hərbi təyyarəni vurublar, bizim insanlar həlak olub. Bizi qəzəbləndirən əsas şey əgər bu bədbəxt hadisədirsə, yəni necə ki, sonradan Türkiyə hakimiyyəti bu təyyarənin Rusiyaya məxsus olmadığını bildirdi, bu halda nə edirlər? İnsanlar ölüb! O dəqiqə telefonu götürüb zəng edirlər və baş verənləri izah edirlər.

Bunun əvəzində isə Brüsselə qaçıb haray saldılar. Bizi incidirlər! Kim sizi incidir? Biz orada kiməsə toxunmuşuq? Xeyr! NATO-nun qanadı altında gizlənməyə başladılar. Bu, NATO-ya lazımdır? Məlum oldu ki, yox. Əgər Türkiyə rəhbərliyində kim isə amerikalıların bir yerini yalamaq qərarına gəlibsə, bilmirəm, bu amerikalılara lazımdır, ya yox”, - o əlavə edib.

Onun sözlərinə görə, Rusiya təyyarə ilə bağlı hadisəyə görə regiondan gedəcək ölkə deyil.

“Əgər əvvəl türk aviasiyası hava məkanını pozurdusa, indi C-400-ün Suriyada peyda olmasından sonra qoy, indi orda uçsunlar”- Putin qeyd edib.

Rusiya prezidenti vurğulayıb ki, Türkiyə Rusiya təyyarələrini vuraraq təqib etdiyi məqsədlərə çatmayıb, sadəcə vəziyyəti daha da gərginləşdirib.