» » Putin qızı ilə bağlı suala belə cavab verdi

Putin qızı ilə bağlı suala belə cavab verdi

Putin qızı ilə bağlı suala belə cavab verdi

“Onlar heç vaxt ulduz uşaqlar olmayıblar”.

Rusiya prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinin layihələrində çalışan Yekaterina Tixonovanın (şəkildə) onun qızı olması barədə şaiyələri cavablandırıb, ucarliyiq.biz xəbər verir.

“Bir müddət əvvəl iddia edirdilər ki, qızlarım xaricdə təhsil alırlar”, - deyə, Putin bildirib və jurnalistlərə minnətdarlıq edib ki, bu gün onun qızlarının Moskvada işləmələri barədə məlumat yayırlar.

Prezidentin sözlərinə görə, onun qızları Rusiya ali məktəblərində təhsil alıb və yalnız Rusiyada yaşayıblar.

Putin bəyan edib ki, Rusiyada işləyən və üç-dörd dildə danışan qızları ilə fəxr edir.

“Mən heç zaman ailəmlə bağlı sualları müzakirə etmirəm. Onlar bizneslə və siyasətlə məşğul olmurlar”, - deyə, Putin bəyan edib.

Putinin sözlərinə görə, Tixonovanın iştirak etdiyi layihə MDU rektorunun yaxşı təşəbbüsüdür. Eyni zamanda o, qızının konkret olaraq harada işlədiyini şərh etməyib.

“Onlar heç zaman ulduz uşaqlar olmayıblar”, - deyə, prezident vurğulayıb.

Bundan başqa, Putin qeyd edib ki, “hər bir insanın öz taleyinə sahib çıxmaq hüququ var”.