» » Rəsmi Bakı ABŞ-a cavab verdi

Rəsmi Bakı ABŞ-a cavab verdi

Rəsmi Bakı ABŞ-a cavab verdi

" Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya Aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakteri daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub”.
Ucarliyiq.biz-inməlumata görə, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin Konqresə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur:
“Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Əsassız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər. Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs olunmuş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil. Multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmalar dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır. Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələri ciddi surətdə narahat edir. Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub”.
Rəsmi Bakı ABŞ-a cavab verdi

Kristofer Smit - Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyasının rəhbəri
ABŞ-ın Helsinki Komissiyasının (Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyası - The Commission on Security and Cooperation in Europe (CSCE)) rәhbәri, konqresmen Kristofer Smit "Azәrbaycan Demokratiya Aktı 2015" adlı layihә [url= hazırlayıb[/url].
Qurumun saytında verilən mәlumata görә, layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.
Xeber