» » Avakov Saakaşviliyə qahmar çıxdı

Avakov Saakaşviliyə qahmar çıxdı

Avakov Saakaşviliyə qahmar çıxdı

“Saakaşviliyə dair Ukraynaya məsləhəti Putin verməli deyil”.

Ukraynanın Daxili işlər naziri Arsen Avakov bəyan edib ki, Ukrayna Mixeil Saakaşviliyə dair Rusiya prezidenti Vladimir Putinin məsləhəti olmadan da keçinə bilər.

ucarliyiq.biz “Qruziya Online”-a istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

“Putin asır və qiymət verir. Saakaşviliyə qarşı tənqidimə baxmayaraq ona dair Ukraynaya məsləhəti və nə edəcəyi barədə qərarı Putin verməli deyil. Onun məsləhətləri olmadan da keçinərik!”, - Avakov Rusiya prezidenti Vladimir Putinin Saakaşvilinin iş üslubu barədə bəyanatını şərh edərək yazıb.

Qeyd edək ki, yekun mətbuat konfransında rusiyalı lider Saakaşvilinin Gürcüstanı faktiki süquta gətirib çıxaran “fırıldaqçı qərarlar” qəbul etdiyini bəyan edib.

Xatırladaq ki, dekabrın 14-də Milli İslahatlar Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili və DİN rəhbəri Arsen Avakov arasında mübahisə baş verib, mübahisə zamanı Avakov Saakaşviliyə su atıb.