» » Qohumu İspaniyanın baş nazirinə hücum etdi

Qohumu İspaniyanın baş nazirinə hücum etdi

Qohumu İspaniyanın baş nazirinə hücum etdi

“Bunu etdiyimə sevinirəm”.

Pontevedra şəhərində İspaniyanın baş naziri Mariano Raxoya hücum ediblər.

ucarliyiq.biz bu barədə xəbər verir.

Seçkiqabağı səfəri zamanı Mariano Raxoya hücum edən gənc baş nazirin qohumu çıxıb.

Hadisə Raxoyun şəhərdə gəzintisi zamanı baş verib. 17 yaşlı Andres adlı gənc baş nazirə selfi çəkdirmək üçün yaxınlaşıb, amma gözlənilmədən baş nazirin üzünə güclü zərbə vurub, zərbə nəticəsində yıxılan baş nazirin eynəyi sınıb. Hücum edən şəxs saxlanılıb.

“Bunu etdiyimə sevinirəm”, - hadisədən sonra gənc bildirib.

Cümə axşamı La Voz de Galicia qəzeti Andresin anası Virinin baş nazirin xalası qızı olduğu barədə məlumat yayıb. Bu gün hücum edən şəxs yeniyetmələrin işi üzrə prokurorluqda ifadə verib, daha sonra isə psixiatr yoxlanışından keçəcək. 

Hələlik hücumun səbəbləri bəlli deyil. Qəzet saxlanılan şəxsin Pontevedrada məşhur olduğunu və baş nazirin liderlik etdiyi Xalq partiyasına simpatiya bəslədiyini yazıb.

Oğlanın atası Andresin radikal sol partiyanın üzvü olması barədə yayılmış məlumatı təkzib edib.

“O, heç bir partiyaya rəğbət bəsləmir və heç bir partiyanın üzvü deyil”, - o deyib.

Raxoy yaxşı olduğunu bəyan edib və baş verən hadisədən siyasi çıxarışlar etməməyə çağırıb.

“Mən siyasi çıxarış etmirəm və xahiş edirəm heç kim bunu etməsin. Bu, başqa bir hadisədir”, - Raxoy Telecinco telekanalına verdiyi müsahibədə bildirib.